AFFA klublarla bağlı Nazirlər Kabineti ilə danışıqlar aparır

3 İyul, 13:37 Sosial mediada paylaşın:
Ölkəmizdə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar futbol klublarımız məşq keçə bilmir.
Hazırda əsas məsələ ölkəmizi Avrokuboklarda təmsil edəcək komandalarımızın hazırlığının necə olacağıdır. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev  yerli mətbauta açıqlamasında bildirib ki,   AFFA Nazirlərlər Kabineti ilə avrokuboklarda çıxış edəcək dörd klubumuzla  ilə bağlı danışıqlar aparır. Sitat: “Bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla söhbətimiz olub. O, artıq bu işlə məşğuldur. Komandaların məşq etməsinə icazə alınması üçün işlər gedir, danışıqlar aparılır. Sitatın sonu. Peşəkar Futbol Liqasının rəhbərinin sözlərinə görə avqustun ikinci həftəsindən komandalarımız avrokubok matçlarına çıxacaq.   Ona görə də ən azı komandalar bir ay məşq keçməlidir. Təxminən iyulun ortalarından “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın məşqlərə başlaması üçün razılıq almaq istəyirik. “ Bu il klublarımız uçuşlar olmadığından, Avstriya, Sloveniya və Türkiyə kimi ölkələrdə hazırlıq keçə bilməyəcək. Ona görə də həmin komandalar Bakıda hazırlıq keçməklə kifayətlənəcək.  PFL olaraq Qəbələ və ya Bakıda komandalar üçün turnir təşkil etmək istəyirik. Burada digər dörd Premyer Liqa klubu və I divizion komandaları da iştirak edə bilər. Bu barədə plan hazırdır. Sadəcə, dəqiq tarixi deyə bilmərik. Hər şey vəziyyətdən asılıdır”, deyə Ramin Musayev bildirib.
Xatırladaq ki,  Bakı şəhəri daxil olmaqla bir sıra və şəhər rayonlarda xüsusi karantin rejimi  2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.  

CANLI YAYIM