Makinroy Cokoviç və Nadalla bağlı proqnoz verdi

4 İyul, 13:00 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirlərin 7 qat qalibi Con Makinroy mövsümün bərpasından sonra iddialı tennisçilərin “US Open” və “Rolan Qarros”dakı şanslarını təhlil edib.
Onun fikrincə, hazırda koronavirusdan əziyyət çəkən Novak Cokoviç xəstəliyə qalib gələrək ABŞ Açıq tennis turnirində çıxış etmək üçün Nyu-Yorka gələcək. Bu turnirdə iştirak etdikdən sonra Cokoviçin Fransada keçiriləcək “Rolan Qarros” turnirində iştirakı heç bir problemə çevrilməyəcək. Amma bu sözləri Rafael Nadala aid etmək olmaz. Makinroyun sözlərinə görə, Rafa iki turnirdən birini qurban verəcək. O bu mənada ispaniyalı tenniscçinin ABŞ-a yollanmayacağını proqnozlaşdırıb.

CANLI YAYIM