MXL-də mövsüm avqustun 1-də bərpa edilə bilər

4 İyul, 14:00 Sosial mediada paylaşın:
MXL-də yeni mövsümün bərpa planı məlum olub. Amerika mətbuatının məlumatına görə, artıq çempionatın nə vaxt start götürəcəyi və Stenli Kubokunun finalının hansı şəhərdə keçiriləcəyi məlumdur.
Amerika mətbuatı MXL-dən yeni mövsümün bərpa planı haqda məlumat yayıb. Ölkənin nüfuzlu TSN telekanalının məlumatına görə, iyulun 13-də komandalar təlim məşq toplanışına başlayacaq. İyulun 26-ı isə pley-offda iştirak edəcək 24 komanda iki ayrı şəhərə yollancaq. Hazırkı məqamda Edmonton və Torontonun pley-off oyunlarına ev sahibliyi edəcəyi proqnozlaşdırılır. Mövsüm isə avqustun 1-dən start götürəcək. Çempionata oktyabrın əvvəlində yekun vurulacaq.
Yeri gəlmişkən, Stenli Kubokunun keçiriləcəyi məkan da müəyyənləşib. Artıq Oyunçuların Həmkarlar İttifaqı ilə MXL rəhbərliyi bu məsələni yoluna qoyub. Qeyri-adi hadisə baş verməsə, yaxın günlərdə bu məlumat ictiamiyyətə açıqlanacaq. Belə ki, liqa rəhbərliyi Stenli Kubokunun finalını Kanadanın Edmonton şəhərində keçirməyi planlaşdırır. Halbuki, namizədlər arasında Las Veqas, Vankuver, Çikaqo və Los Anceles şəhərləri də var idi.

CANLI YAYIM