"Mayami"nin daha bir oyunçusu koronavirusa yoluxub

6 İyul, 12:00 Sosial mediada paylaşın:
“Mayami”nin daha bir oyunçusu koronavirusa yoluxub.
Bu artıq son bir həftədə 3-cü belə yoluxma halıdır. Belə ki, ötən həftənin əvvəlində “Hit”in üzvləri koronavirus testindən keçərkən kollektivin 2 üzvündə yoluxucu infeksiya aşkarlanmışdı. Elə bunun məntiqi nəticəsi kimi klub rəhbərliyi ikinci dəfə məşq bazasını bağlamışdı. Amma “Hit” koronavirusa yoluxan 2 oyunçusunun adını ictimaiyyətə açıqlamamışdı. Elə indi də koronavirusa yoluxan oyunçunun kimliyi haqda heç bir məlumat verilmir. Amerika mətbuatının məlumatına görə, bu oyunçular sağaldıqdan sonra meydana çıxa biləcək. Amma onların komanda ilə birgə Orlandoda məşqlərə tez bir zamanda başlayacağı inandırıcı görünmür.

CANLI YAYIM