ÇL-də 1/8 finalın oyunları neytral meydanda keçirilməyəcək

7 İyul, 13:00 Sosial mediada paylaşın:
 
Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları neytral meydanda keçirilməyəcək.
İspaniyanın “As” nəşrinin məlumatına görə, UEFA-nın ev sahibi komandaların rəqiblərini doğma meydanda qəbul etməsinə razılıq verib. Amma bununla bağlı rəsmi qərar iyulun 10-da açıqlanacaq Xatırladaq ki, Çempionlar Liqasında 1/4 finalından etibarən oyunlar Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda keçiriləcək. 1/8 final mərhələsi çərçivəsində “Yuventus” – “Lion” (ilk oyun 0:1), “Mançester Siti” – “Real Madrid” (2:1), “Bavariya” – “Çelsi” (3:0) və “Barselona” – “Napoli” (1:1) matçları keçiriləcək.

CANLI YAYIM