“Fiorentina” azarkeşləri Riberini hədələdi

8 İyul, 14:00 Sosial mediada paylaşın:
“Fiorentina”nın azarkeşləri komandanın yarımmüdafiəçisi Frank Riberiyə müraciət ünvanlayıb. Belə ki, “Parma” ilə səfər oyunundan qayıdandan sonra fransalı futbolçu evinin qarət olunduğunu görüb. Bundan qəzəblənən futbolçu sosial şəbəkə
vasitəsiylə özünü Florensiyada narahat hiss etdiyini və hər an komandadan gedə biləcəyini yazıb. Bu da florensiyalı azarkeşlərə xoş gəlməyib. Dünən klubun fanatları bəyanat yayaraq Riberiyə həddini bildirmək qərarına gəlib: “Əzizimiz Frank. Biz sənin dərdini anlayırıq, amma Florensiya haqda nəsə danışmaq istəyirsənsə, əvvəlcə fikirləş! Dünyanın hər bir yerində varlılar qarətə məruz qalır. Amma xoşbəxtlikdən onlar onlar mühafizəçilərin xidmətindən istifadə edə bilir. Kasıbların isə belə bir imkanı yoxdur. Onlar qarətə məruz qalanda hər şeyi sakit şəkildə qəbul edə bilir”

CANLI YAYIM