"Real" "Klivlend"in oyunçusunu transfer edib

11 İyul, 13:00 Sosial mediada paylaşın:
“Real” “Klivlend”in mərkəz oyunçusu Ante Jijiçi tansfer edib.
Mövsümün sonunda Ohayo klubu ilə müqavilə müddəti bitəcək 23 yaşlı basketbolçu azad agent statusu ilə Madrid klubuna keçəcək. Xatırladaq ki, xorvatiyalı basketbolçu 2016-cı ildə “Boston” tərəfindən draft edilib. 2017-ci ildən “Kavalyers”in heyətində çıxış edən Jijiç bu mövsüm keçirdiyi 22 görüşdə hər oyuna orta hesabla 4,4 xal və 3 ribaundla yadda qalıb. Bu günə qədər Jijiç MBA-da 113 oyuna çıxıb.

CANLI YAYIM