"Mersedes" Bottasla anlaşmağa yaxındır

14 İyul, 12:00 Sosial mediada paylaşın:
Son 5 mövsümdə rəqiblərinə heç bir şans verməyən “Mersedes” pilotlarını qorumaq fikrindədir. 6 qat dünya çempionu Lüis Hemiltonla müqavilə müddətini yeniləmək istəyən Mersedes” yaxın günlərdə Valtteri Bottasla da anlaşacaq.
“Mersedes” artıq növbəti mövsümün planlarını cızıb. İtaliyanın nüfuzlu “Motorsport” nəşrinin məlumatına görə, Almaniya avtoidman konserni yaxın günlərdə Valtteri Bottasla müqavilə müddətini yeniləyəcək. Xatırladaq ki, finlandiyalı pilotun komanda ilə müqavilə müddəti ilin sonunda başa çatır. Əslində, mövsüm normal şəraitdə keçirilsəydi, bəlkə də “Mersedes” belə bir addım atmayacaqdı. Almaniya avtoidman konserni “Vilyams” pilotu Corc Rassellə güvənmək istəyirdi. Amma koronavirus pandemiyasına görə mövsümün qısaldılması Rasselli növbəti mövsüm üçüm çətin sınaq qarşısında qoya bilər. Ona görə də “Mersedes” növbəti mövsüm üçün Bottası saxlayaraq 2022-ci ildə Rassellə müqavilə imzalaya bilər. Maraqlıdır ki, “Mersedes” rəhbərliyi Bottasın “Reno”ya yollanacağını da istisna etmirdi. Amma Fransa komandası Fernando Alonso ilə müqavilə imzaladığından almanlar Bottası qorumağı qərara aldı.
"Motorport” nəşrinin məlumatına görə, Bottasla müqaviləni yenilədikdən sonra növbə komandanın icraçı direktoru Toto Volff və əsas pilot Lüis Hemiltona çatacaq.

CANLI YAYIM