MBA: Hazırlıq oyunları başlanıb

23 İyul, 12:00 Sosial mediada paylaşın:
   İyulun 30-da Milli Basketbol Assosiasiyasında mövsüm bərpa ediləcək. Komandalar bu məqsədlə hazırlıq qarşılaşmalarına başlayıblar. Hər bir komanda mövsümün bərpasına kimi 3 yoxlama oyunu keçirməlidir. Qeyd edək ki, ilk oyunlarda periodlardakı vaxt 2 dəqiqə azaldılıb. Məhz bu oyunlarda basketbolçular hər biri 10 dəqiqə olmaqla 4 hissə oynamalıdırlar.
  İlk oyun Los Anceles Klipperslə Orlando Məcik arrasında olub. Qarşılaşmaya Orlando basketbolçuları daha yaxşı başlasalar da, böyük fasiləyə Klippers üstün yollanıb 53:42. 3-cü periodda Orlando təmsilçiləri nisbətən fəallaşsalar da, son hissə yenidən Klippersin xeyrinə bitib.Beləliklə Los Anceles təmsilçisi 99:90 hesablı qələbə qazanıb.
  Günün son qarşılaşmasında Mayami Hitlə Sakramento Kinqs üz-üzə gəlib. Mayami təmsilçiləri fasiləyə kimi 12 xallıq üstünlük əldə ediblər. Amma 3-cü hissədə fərq 2 xala kimi azalsa da, son periodda mayami basketbolçuları yenidən təşəbbüsə yiyələniblər. Yekunda Mayami Hitt 104 -98 hesabı ilə qalib gəlib.
 

CANLI YAYIM