“Real” 40 yaşlı basketbolçusu ilə müqavilə müddətini yeniləyib

25 İyul, 14:00 Sosial mediada paylaşın:
“Real” komandanın kapitanı Felipe Reyeslə müqavilə müddətini daha bir il müddətinə yeniləyib.
Bu barədə klubun rəsmi saytında məlumat verilib. Qeyd edək ki, 40 yaşlı basketbolçu 352 oyunla Avroliqa rekordçusudur. O, həmçinin 702 hücum ribaundu ilə liqa tarixinin ən yaxşı göstəricinə imza atıb. Ümumuyyətlə, Avroliqada bir çox göstəricilərdə Reyes 5 ən yaxşı oyunçu sırasındadır. Reyesin Avroliqada 3000 xal toplayan 6 basketbolçu sırasında olduğunu da nəzərinizə çatdıraq. Xatıraldaq ki, 1998-ci ildə “Estudiantes”də peşəkar karyerasına başlayan ispaniyalı basketbolçu 2004-cü ildən “Real”ın şərəfini qoruyur.

CANLI YAYIM