Türkiyə Formula 1-in təşkilinə çalışır

28 İyul, 12:02 Sosial mediada paylaşın:
 2011-ci ildən bəri Formula 1 Qran-prisinin təşkilinə həsrət qalan Türkiyə hökuməti mötəbər idman yarışının İstanbulda keçirilməsi üçün əlindən gələni edir. Türkiyə mətbuatının məlumatına görə, bu problemin ölkə prezidenti səviyyəsində həllinə çalışılır. Hökumət rəsmiləri yarışların öncədən keçirildiyi İstanbul Park trekinin rəhbərliyi ilə danışıqlar aparır.
Xatırladaq ki, Türkiyədə ilk Formula 1 Qran-prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkönen qələbə qazanıb. Daha sonra ardıcıl 3 dəfə Felipe Massa qalib gəlib. 2009, 2010, 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Lüis Hemilton və Sebastian Fettel azarkeşlərini sevindirib. 2011-ci ildən bəri Türkiyə Qran-prisi keçirilmir.

CANLI YAYIM