Eşli Barti bu mövsün “US Open” turnirində iştirak etməyəcək

30 İyul, 12:31 Sosial mediada paylaşın:
 Qadın tennisçilər arasında dünyanın bir nömrəsi Eşli Barti bu mövsün “US Open” turnirində iştirak etməyəcək. Bu barədə açıqlama verən avstraliyalı raketka ustası “Böyük Dəbilqə” seriyalı yarışa qatılmayacağının əsas səbəbinin koronavirus olduğunu deyib.“Koronavirusla bağlı hələ də ciddi risklər var. Buna görə də  özümü və komandamı  mövcud vəziyyətlə qarşı-qarşı qoya bilmərəm” deyə  Eşli Barti bildirib.
 Xatırldaq ki, “US Open” turniri avqustun 31-də başlanacaq və sentyabrın 13-dək davam edəcək.

CANLI YAYIM