Deyna Uayt: “Konor-Pakyao döyüşünə qarşıyıq

3 Avqust, 12:34 Sosial mediada paylaşın:
 32 yaşlı irandiyalı qaydasız döyüş ustası Konor Makqreqor karyerasını yenidən bərpa edə bilər. Bu barədə idmançı özü məlumat verib. O, yaxın zamanda filippinli WBA çempionu Menni Pakyao ilə döyüşmək istədiyini bildirib. Hətta Makqreqor rəqibinə təklif göndərdiyini açıqlayıb. UFC rəhbərliyi bu zamanadək tərəflər arasında gedən danışıqlara baxmayaraq hələ ki, məsələyə qarışmırdı. Lakin təşkilatın prezidenti Deyna Uayt idmançıların qarşılaşması ilə bağlı mediaya açıqlama verib. “Bu döyüş haqqında fikirləşmək istəmirəm. Konor ilə bir neçə dəfə danışdım. Ondan fikirlərini öyrəndim. Bunun lazım olmadığını bildirdim. Son qərar olaraq bu döyüşün keçirilməsinə qarşıyıq”sitatın sonu:.
 Qeyd edək ki, Konor Makqreqor iyunun 6-da karyerasını sona çatdırdığını bəyan etmişdi.
 

CANLI YAYIM