MXL-də 1/16 final mərhələsi davam edir

4 Avqust, 13:00 Sosial mediada paylaşın:
  Milli Xokkey Liqasında pley off-mərhələsinin 1/16 final görüşləri davam edir. İlk oyunda “Nyu-York Reyncers”i 3:2 hesabı ilə məğlub edən “Karolina Harrikeynz” ikinci oyuna çıxıb. Qarşılaşma Torontoda keçirilib. Oyuna daha yaxşı başlayan Karolina xokkeyçiləri ilk hissədə hesabı açıblar. Amma ruhdan düşməyən rəqib komanda çox keçmədən tarazlığı bərpa edib. Fasiləyə 1:1 hesabı ilə yollanan komandalardan “Harrikeynz” ikinci hissədə 2 dəqiq zərbə ilə diqqət mərkəzinə düşüb. Sonuncu hissədə bərabərlik üçün irəli atılan Nyu-York idmançıları buna peşman olublar. Karolina kollektivi 4-cü şaybanı rəqib qapısından keçirib.
  Beləliklə, 4:1 hesabı ilə qələbə qazanan “Harrikeynz” böyük üstünlük əldə edib. 3-cü oyun avqustun 5-də keçiriləcək.
 

CANLI YAYIM