Həbibin Amerikaya yollanacağı vaxt məlum olub

4 Avqust, 13:18 Sosial mediada paylaşın:
  UFC çempionu, rusiyalı Həbib Nurməhəmmədov məşqlərə başladığını açıqlayıb. Bununla bağlı o, şəxsi sosial şəbəkədə məlumat verib. O bildirib ki, amerikalı Castin Qeyci ilə döyüşə hazırlaşmaq üçün ağır məşqlərdən və xüsusi prosedurlardan keçməlidir. 31 yaşlı Həbib döyüşün keçiriləcəyi yerə - yəni Amerika Birləşmiş Ştatlarına yollanacağı vaxtı da bəyan edib. Belə ki, idmançı sentyabrda Amerikaya gedəcəyini və orada şəxsi məşqçisi Xavyer Mendesin rəhbərliyi alında “Amerikan Kikboksinq Akademi”də məşq edəcəyini söyləyib. 
  Qeyd edək ki, Həbib ilə Qeyci arasında qarşılaşma oktyabr ayında keçiriləcək.
 
 

CANLI YAYIM