Palermoda tennisçilərin beynəlxalq turniri davam edir

5 Avqust, 12:22 Sosial mediada paylaşın:
  Palermoda qadın tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 163 min dollar olan WTA seriyalı turnirdə 1/16 final yekunlaşıb. İlk mərhələdə sloveniyalı Kayya Yuvanla çexiyalı Marketa Vondrouşova qarşılaşıb. Görüş 2 saat yarım çəkib. Mübarizəyə çexiyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:1 hesabı ilə qələbə qazanan Vondrouşova sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 7:5 hesabı ilə qalib gələn Kayya Yuvan tarazlığı bərpa edib. Sonuncu hissə də Kayyanın xeyrinə başa çatıb. Beləliklə, sloveniyalı tennisçi 1/8 finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var.  
  Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.

CANLI YAYIM