Palermoda tennisçilərin beynəlxalq turniri davam edir

7 Avqust, 12:37 Sosial mediada paylaşın:
  Palermoda qadın tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 163 min dollar olan WTA seriyalı turnirdə 1/8 final yekunlaşıb.İkinci mərhələdə estoniyalı Anett Kontaveytlə almaniyalı Laura Ziqemund qarşılaşıb. Görüş 2 saat 20 dəqiqə çəkib. Mübarizəyə almaniyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:2 hesabı ilə qələbə qazanan Laura sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn Kontaveyt tarazlığı bərpa edib. Sonuncu hissədə estoniyalı tennisçinin xeyrinə başa çatıb: 6-2.  
  Beləliklə, Anett Kontaveyt ¼ finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.

CANLI YAYIM