“Mercedes Benz” Bottasla yeni müqavilə imzaladı

8 Avqust, 12:05 Sosial mediada paylaşın:
 “Mercedes Benz” Valtteri Bottas ilə müqaviləni  yeniləyib. 2017-ci ildən Almaniya komandasının heyətində çıxış edən finlandiyalı pilot razılaşmaya əsasən növbəti mövsümün sonunadək “Mercedes”də qalacaq. Bottas mövcud anlaşmadan razı qaldığını deyib.
 Sitat: “Mercedes” komandasında olmaqdan çox məmnunam. Müqavilə müddətinin  artırılması mənim üçün  təkcə zaman çoxluğu yox, yeni  qələbələr üçün  yaradılan böyük imkandır. Komandamdaki hər kəsə təşəkkür edirəm.“Mersedes”i təmsil etdiyimə görə hər zaman qürur hissi keçirirəm.” Sitatın sonu.
 Qeyd edək ki, 30 yaşlı pilot “Mercedes”in heyətində 12 dəfə poul qazanıb. Pilotun ümumilikdə 8 qələbəsi var O, eyni zamanda Konstruktorlar kubokunun da qalibi olub. Bu mövsüm Valtteri Bottas ümumi sıralamada 58 xalla ikinci yerdədir.

CANLI YAYIM