Hemilton müqaviləni yeniləməyə tələsmir

8 Avqust, 13:00 Sosial mediada paylaşın:
 Hemilton “Mercedes”lə olan razılaşmasına aydınlıq gətirib. Britaniyalı pilot komandası ilə yeni müqavilə imzalamağa tələsmir.O, bunun üçün  lazımı zamanı gözlədiyini deyib.“2021-ci ilin müqaviləsi barədə tələsmək istəmirəm. Dünyada yayılan təhlükəli  xəstəlik məni də ciddi narahat edir.Rəhbərliyin mənim qərarımdan xəbəri var. Başqa komandalarla danışıqlar aparmamışam.Hər şeyi sakit və şəffaf şəkildə həll etmək istəyirəm.Mən komandamı təmsil etməyə davam edəcəyəm” deyə Luis Hemilton bildirib.
 Qeyd edək ki, 2013-cü ildən “Mercedes”in heyətində çıxış edən Hemilton 6 dəfə dünya çempionu adını qazanıb.

CANLI YAYIM