Azərbaycan şahmatçıları Türkiyə millisinə qalib gəldi

11 Avqust, 12:03 Sosial mediada paylaşın:
 Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında keçirilən sürətli şahmat üzrə onlayn dostluq görüşü yekunlaşıb. Yarışın üçüncü - son günündə daha 2 turun oyunları olub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan yığmamız daha iki turda qələbə qazanıb. 5-ci turda Azərbaycan komandası 4 xal yarım – 1 xal yarım hesabı ilə qələbə qazanıb. Günay Məmmədzadə, Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçə edib. 6-cı turda isə təmsilçilərimiz 5:1 hesabı ilə qalib gəliblər. Rauf Məmmədov, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva rəqibi məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə edib. Altı turun yekun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 26:10 hesabı ilə qalib gəliblər.
 Qeyd edək ki, dostluq görüşü onlayn şahmat olimpiadasına hazırlıq məqsədi daşıyıb.

CANLI YAYIM