“Qarabağ” “Sabah”a qalib gəlib

12 Avqust, 11:00 Sosial mediada paylaşın:
 Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirəcək. Ağdam klubu “Azərsun Arena”da "Sabah"la qarşılaşıb. Matç 2:0 hesabı ilə son çempionun xeyrinə yekunlaşıb. Qolları komandanın yeni transferi Uroş Matiç və Mahir Emreli vurublar. Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə “Sabah” 2:1 hesablı qələbə qazanıb.
 Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), "Qarabağ"a (2:1), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) hesabı ilə qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0)hesabıyla məğlub edib.

CANLI YAYIM