MLS-də çempion bəlli oldu

12 Avqust, 11:57 Sosial mediada paylaşın:
   MLS-də mövsümün həlledici qarşılaşması keçirilib. Finalda “Portlend Timbers” və “Orlanda Siti” klubları üz-üzə gəlib. İlk dəqiqələrdən irəli atılan “Portlend” təmsilçisi 27-ci dəqiqədə istəyinə nail olub. Larris Mabiala hesabı açıb. Lakin “Orlando”  futbolçuları  çox keçmədən hesabı bərabərləşdirib.  39-cu dəqiqədə portuqaliyalı  Naninin ötürməsini Maurisio Pereyra qolla tamamlayıb. Fasilədən sonra daha üstün olan “Portlend Timbers”, yenidən fərqlənib. Dario Jupariç mübarizəyə nöqtə qoyub. “Portlend Timbers” – “Orlando Siti” 2:1.    
   Bununla da, “Portlend Timbers” komandası 2019-2020-ci il mövsümünün qalibi adını qazanıb. Bu nəticə ilə komanda 2-ci dəfə çempionluq sevinci yaşıyıb.

CANLI YAYIM