Amerikada tennisçilərin beynəlxalq turniri davam edir

12 Avqust, 12:35 Sosial mediada paylaşın:
   Amerika Birləşmiş Ştatlarının Leksinqton şəhərində qadın tennisçilərin beynəlxalq turniri davam edir. Mükafat fondu 225 min dollar olan WTA seriyalı turnirdə bütün 1/8 finalçılar müəyyənləşib. İlk mərhələdə amerikalıların dueli diqqət çəkib. Serena Uilyamsla Bernarda Pera qarşılaşıb. Görüş 2 saat 17 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Pera ilk setdə 6:4 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib. Sonuncu setdə 6:1 hesabı ilə rəqibini məğlub edən Serena Uilyams 1/8 finala yüksəlib.
  Növbəti mərhələyə adlayanlar arasında belaruslu Arina Sabalenko, amerikalı Ketrin Kartan Bellis, Cennifer Bredi və digərləri var. Turnirə avqustun 16-da yekun vurulacaq.

CANLI YAYIM