MBA:Gərgin mübarizə davam edir

12 Avqust, 13:26 Sosial mediada paylaşın:
  Milli Basketbol Assosiyasının müntəzəm çempionatında  mübarizə davam edir.Qərb Konfransında çıxış edən “Sakramento Kinqz” və “Nyu-Orleans Pelikans” qarşılaşıb.Görüş Orlandoda keçirilib. Qarşılıqlı hücumlarla başlayan ilk hissədə  Nyu-Orleans basketbolçuları  üstün olublar: 29-27. İkinci dövrədə hücumlarını gücləndirən Sakramento təmsilçiləri böyük fasiləyə 1 xal fərqilə irəlidə yollanıblar.
  Qarşıdakı hissələrdə isə rəqibi ilə müqayisədə daha yaxşı çıxış edən “Kinqz” yekunda qələbə qazanıb. “Sakramento Kinqs” – “Nyu-Orleans Pelikans” 112-106

CANLI YAYIM