Belçikalı velosipedçi Fransada qələbə qazanıb

13 Avqust, 12:34 Sosial mediada paylaşın:
   73 illik tarixi olan “Kriterium Dofine” seriyalı veloyarışda 157 velosipedçi mübarizə aparıb. Fransanın Dofine şəhəri və Rona bölgəsi arasında olan, ümumi məsafəsi 817 km təşkil edən turnirin ilk mərhələsi yekunlaşıb. 218.5 km uzunluğu olan ilk mərhələdə belçikalı idmançı qalib gəlib. “Cumbo-Visma” komandasının üzvü Vaut van Art 5 saat 27 dəqiqə 42 saniyə ilə finiş xəttini hamıdan birinci keçib.  
Qeyd edək ki, Van Art dünya reytinq sıralamasında 67-ci pillədədir. İkinci yerdə Cənubi Afrika Respublikasından olan Deril İmpi qərarlaşıb. İlk üçlüyü isə kolumbiyalı Eqan Bernal tamamlayıb. 5 mərhələdən ibarət yarışın 2-ci turu bu gün keçiriləcək.
Xatırladaq ki, “Kriterium Dofine” seriyalı yarış Dünya Turunun tərkib hissəsidir və Fransanın “Tur de Frans” veloyürüşünə hazırlıq xarakterli turnirlərdən biridir. “Kriterium Dofine” veloyarışna avqustun 16-da yekun vurulacaq.  

CANLI YAYIM