“Qarabağ” “Sampdoriya”nın qapıçısı ilə danışıq aparır

13 Avqust, 12:53 Sosial mediada paylaşın:
   "Qarabağ" İtaliyanın "Sampdoriya" klubunun qapıçısı Vid Beletsi transfer etməyə hazırlaşır. Italiya mətbuatının yazdığına görə Ağdam təmsilçisi sloveniyalı qapıçını almaq istəyən klublardan biridir. Əgər razılıq əldə olunsa, 30 yaşlı qapıçı karyerasını Azərbaycan çempionunda davam etdirəcək. Sloveniyalı qolkiper ötən mövsümü icarə əsasında Kiprin APOEL klubunda keçirib. O, Nikosiya klubunun heyətində Çempionlar Liqası və Avropa Liqasındakı oyunlarda "Qarabağ"a qarşı oynayıb.
   Belets ötən mövsüm keçirdiyi 34 oyunda 31 top buraxıb, 16 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

CANLI YAYIM