“Zirə” Seneqal millisinin üzvünü transfer edə bilər

13 Avqust, 13:06 Sosial mediada paylaşın:
   Transfer çalışmalarını davam etdirən "Zirə" qapıçı axtarışındadır. Bakı klubu əcnəbi qolkiperi transfer etmək istəyir. Mövsümlərarası fasilədə Emil Balayev, Boyan Zoqoviç və Orxan Sadıqlı ilə yollarını ayıran qəsəbə təmsilçisi Seneqal millisinin sabiq qapıçısı Klement Diopla maraqlanır. Baş məşqçi Rəşad Sadıqovun ixtiyarında görmək istədiyi 26 yaşlı oyunçu ilə ilkin danışıq da olub. Hazırda MLS klubu "Montreal İmpakt"ın formasını geyinən Diop əsas heyətə düşə bilmədiyindən, komandasını dəyişməyi planlaşdırır. "Zirə" nin təklifinə hələlik konkret cavab verməyən "Amyen"in yetirməsi ilə danışıqlar davam etdirilir.
  Qeyd edək ki, karyerası ərzində "Amyen", "Los Anceles Qalaksi" və "Montreal İmpakt"da çıxış edən Klement Diopun hazırkı klubu ilə müqavilə müddəti bu ilin sonuna qədərdir. Diop 2017-ci ildə qısa müddət Seneqal millisinə çağırılıb.

CANLI YAYIM