Bakıda paracüdo üzrə Qran-Pri keçiriləcək

15 Avqust, 10:15 Sosial mediada paylaşın:
   2020-ci ilin noyabrında Bakıda paracüdo üzrə Qran-pri təşkil olunacaq. Bu barədə yerli mətbuata Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov məlumat verib. O, bildirib ki, mayda təxirə salınan turniri Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası Bakıya həvalə edib.Sitat:"Hazırda idman şöbəmiz bu istiqamətdə digər ölkələrlə danışıq aparır. Yarış baş tutsa,hamının Bakıya COVID-19 arayışı ilə gəlməsini tələb edəcəyik. Həmin sənədləri Azərbaycana uçuşdan 48 saat əvvəl əldə etməlidirlər. Bu günədək artıq 20 ölkə həmin yarışda iştirakla bağlı öz sifarişini verib. Minimum 200-250 iştirakçı olacaq”. Sitatın sonu.
  Turnirin noyabrın 13-dən 20-dək davam edəcəyi planlaşdırılır.

CANLI YAYIM