Şahmat millimiz 1/4 finala vəsiqə qazanıb

24 Avqust, 12:56 Sosial mediada paylaşın:
Dünya Şahmat Olimpiadasının top divizionunda yarışan Azərbaycan komandası 1/4 finala çıxıb.
Rauf Məmmədov, Qədir Hüseynov, Günay Məmmədzadə, Türkan Məmmədyarova, Aydın Süleymanlı və Gövhər Beydullayevanın şərəfini qoruduğu seçməmiz son turda Fransa yığmasını 3,5:2,5 hesabilə məğlub edərək bu uğura nail olub.
Xallarının sayını 14-ə çatdıran komandamız qrupda liderliyi təmin edərək 1/4 finala birbaşa vəsiqə qazanıb. Yalnız əlavə göstəricilərə görə geri qalan Macarıstan idmançıları 2-ci olublar. Ukrayna yığması isə 13 xalla üçüncü yerləri tutub. Bu kollektivlər 1/4 finala çıxmaq üçün daha bir oyun keçirməli olacaqlar.

CANLI YAYIM