Formula 1 yenidən İstanbulda

26 Avqust, 13:10 Sosial mediada paylaşın:
Formula 1-də mövsümün son mərhələsinin təqvimi müəyyənləşib. 9 illik fasilədən sonra İstanbul avtodromu yenidən yarışa ev sahibliyi edəcək.Sonuncu dəfə 2011-ci ildə keçirilən Türkiyə Qran-Prisi növbəti dəfə təqvimdə öz yerini tapıb.
İstanbuldakı yarış noyabrın 15-də keçiriləcək.Bununla yanaşı, Bəhreyn də iki yarışa ev sahibliyi edəcək. Sahir trassındakı yarışlar noyabrın 29-u və dekabrın 6-da keçiriləcək. Ənənəvi olaraq Əbu-Dabidəki yarış yenə də mövsümün son Qran-Prisi kimi diqqət mərkəzinə düşəcək. Birləşmiş Ərəb Əmirliklərindəki Qran-Pri dekabrın 13-ünə təsadüf edcəcək. Bununla yanaşı, Formula 1 bu mövsüm Çin Qran-Prisinin keçirilməyəcəyini elan edib. Ümumilikdə isə bu mövsüm 17 Qran-Pri təşkil ediləcək. Halbuki, pandemiyaya qədər 22 yarışın keçiriləcəyi planlaşdırılırdı. Yeri gəlmişkən, Formula 1 rəhbərliyi bəzi yarışların azarkeşlə keçirilə biləcəyini istisna etməyib.

CANLI YAYIM