İdman TV-də İlham Zəkiyevlə bağlı sənədli film yayımlanacaq: “Qaranlığın rəngləri”

28 Avqust, 16:54 Sosial mediada paylaşın:
Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası Əməkdar idman ustası, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, Qarabağ müharibəsi qazisi İlham Zəkiyevlə bağlı sənədli film hazırlayıb.
Qarabağda sağlamlığını itirmiş idmançının həyat yolundan bəhs edən “Qaranlığın rəngləri” adlı film həm də dünya işığından məhrum olmuş insanın daxili iradəsinin gücünü əks etdirir. Süjet xətti qəhrəmanın daxili monoloqu üzərində qurulub.
Filmin rejissoru Rövşən Nicat, prodüseri Xalq ratisti Ramiz Həsənoğludur. “Qaranlığın rəngləri” Rövşən Nicatla Fikrət Adıgözəllinin birgə ssenarisi əsasında çəkilib.
Sənədli film avqustun 29-u saat 22:00-da İdman Azərbaycan kanalında yayımlanacaq.

CANLI YAYIM