Coşua dekabrda Fyuri ilə qarşılaşmaq istəyir

1 Sentyabr, 13:13 Sosial mediada paylaşın:
   Boks həvəskarları Entoni Coşua ilə Tayson Fyuri arasındakı döyüşü səbirsizliklə gözləyir.Ağır çəkidə WBA, WBO, İBF və İBO versiyaları üzrə dünya çempionu Entoni Coşua mətbuata açıqlamasında Tayson Fyuri ilə döyüşməyə hazır olduğunu söyləyib. O, hətta rinqə çıxmaq istədiyi tarixi də açıqlayıb: “Mən  dekabr  ayında döyüşmək istəyirəm. Kaş, həmin vaxt  rəqibim Tayson  Fyuri olaydı. Artıq səbrim də tükənib. Mən  məhz   belə  döyüşlər üçün yaşayıram”. Elə WBC versiyası üzrə dünya çempionu Tayson də Fyuri Coşua ilə döyüşməyə hazır olduğunu söyləyib:“Vaylderlə 3-cü dəfə döyüşmək imkanı əldə etməsəm, onda dekabrda Coşua ilə qarşılaşmağa hazıram. Niyə də olmasın?! Bu əsl döyüşü xatırladacaq. Artıq indidən məşqlərə başlaya bilərəm. Hətta bu gün axşam Coşua ilə döyüşməyə hazıram. Günün istənilən saatında onu məğlub etmək gücündəyəm”.    Xatırladaq ki, tərəflər arasında 2021-ci ildə 2 döyüş keçirməklə bağlı razılıq əldə olunub. Tayson Fyuri bu günə qədər keçirdiyi 31 görüşün 30-da qalib gəlibsə, 1 qarşılaşma heç-heçə başa çatıb. Entoni Coşua isə 43 görüşün 40-da rəqibindən üstün olub. 3 dəfə rinqi məğlub kimi tərk edib.
 

CANLI YAYIM