“Amerika Milli Basketbol Assosasiyası”nda pley-of oyunları keçirilir

3 May, 13:44 Sosial mediada paylaşın:
“Amerika Milli Basketbol Assosasiyası”nda pley-of oyunları keçirilir. “Denver Naggets” klubu   Portland Treyl Bleyzers” komandası ilə 2-ci oyunda uğursuzluğa məruz qalıb.
İlk oyunda qələbə qazanan “Naggets”  basketbolçuları bu dəfə “Portland Treyl Bleyzers” komandası ilə bacarmayıb. “Pepsi Sentr”da keçirilən oyuna qonaqlar fəal başlayıb. Onlar ilk hissələrdə 28-23 və 22-12 hesabı ilə qalib gəliblər. Fasilədən sonra 3-cü periodda təşəbbüsü ələ alan “Denver” komandası 1 xallıq fərqlə qələbə qazanıb. 29-28. Sonuncu bölümdə də qalib gəlməsinə baxmayaraq meydan sahibləri məğlubiyyətdən xilas ola bilməyib. Oyunu 97-90 hesabı ilə öz xeyrinə başa vuran “Portland” seriyada hesabı bərabərləşdirib. 1-1. “Treyl Bleyzers”in heyətində Si Cey Makkollum  20 xal, 6 məhsuldar ötürmə və 6 ribaundla qələbədə mühim rol oynayıb. Xatırladaq ki, seriyanın növbəti oyunu May-ın 4-ü “Portland”da keçiriləcək.

CANLI YAYIM