Hemilton Toskana "Qran-Pri"sinin qalibi oldu

14 Sentyabr, 11:39 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatının 9-cu mərhələsi–Toskana "Qran-pri"si başa çatıb. 1 dövrəsi 5 kilometr 245 metrdən ibarət yarışda ümumi məsafə 309.5 km olub.Yarış qəzalarsız ötüşməyib. Finiş xəttini hamıdan tez Lüis Hemilton keçib. “Mersedes”in britaniyalı pilotu 2 saat 19 dəqiqə 35,060 saniyə nəticə ilə ilk pillədə qərarlaşıb. Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas liderdən 4,880 saniyə geri qalıb. “Red Bull”un sürücüsü Aleksandr Albon isə ilk 3-lüyü tamamlayıb. O, finiş xəttini Hemiltondan 8,064 saniyə gec keçib.  

CANLI YAYIM