Entoni Deyvis Los-Anceles klubuna qələbə qazandırdı

21 Sentyabr, 13:25 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasında yarımfinal mərhələsi davam edir.
“Los Anceles Leykers” basketbolçuları “Denver Naggets”lə qarşılaşmaya daha yaxşı başlayıblar. Onlar ilk 2 perioddan sonra 10 xallıq üstünlük əldə ediblər. Xüsusilə Entoni Deyvis məhsuldar oyunu ilə diqqət çəkib. Amma Denver basketbolçuları fasilədən sonra təşəbbüsü ələ alıblar və hətta son saniyədə hesabda önə keçiblər 103:102. Amma onlar 31 xal toplayan Entoni Deyvisin qarşısında aciz qalıblar. 27 yaşlı basketbolçu son saniyədə 3 xallıq atışla komandasına qələbə qazandırıb.105:102. Bununla da Los -Anceles klubu seriyada hesabı 2:0 edib. Los Anceles klubunun lideri Lebron  Ceyms isə 26 xal və 11 ribaundla qalibiyyətdə mühüm rol oynayıb.

CANLI YAYIM