Güləş Federasiyasında struktur dəyişikliyi

22 Sentyabr, 10:44 Sosial mediada paylaşın:
Azərbaycan Güləş Federasiyasında struktur dəyişikliyi olub. Bu barədə təşkil olunan mətbuat konfransında  məlumat verilib. İdarə heyəti il yanaşı, milli komandalara da yeni baş məşqçi təyin olnub. Olimpiya çempioni Namiq Abdulayev bundan sonra sərbəst güləş üzrə yığma komandamıza başçılıq edəcək.
O, yeni vəzifədə Zəlimxan Hüseynovu əvəzləyib. Xatırladaq ki, Namiq Abdullayev 1996-cı ildə Atlanta Olimpiadasında gümüş, 4 il sonra Sindey Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.
Digər təyinata əsasən isə Oyan Nəzəriani çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi olub. Nəzəriani ötən il Zaqrebdə çimərlik güləşi üzrə dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

CANLI YAYIM