Türkiyə klubu “Neftçi”nin legioneri ilə maraqlanır

24 Sentyabr, 10:25 Sosial mediada paylaşın:
“Neftçi”nin legioneri Türkiyə klublarının maraq dairəsinə düşüb. Söhbət Yusuf Lavaldan gedir. Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda “Qalatasaray” klubu ilə oyunda yaxşı təsir bağışlayan futbolçu “Dənizlispor” klubunun maraq dairəsinə düşüb.Klub nümayəndələri Yusuf Lavalın çıxışını diqqətdə saxlayırlar. Nigeriyalı oyunçu özünü yaxşı tərəfdən göstərməkdə davam etsə, klub nümayəndələri transferin yekunlaşması ilə “Neftçi” ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Dənizlispor”un baş məşqçisi vaxtilə milli komandamızda çalışmış Robert Prosineçkidir.  
 

CANLI YAYIM