Hamburq turnirində 1/4 finalçılar müəyyənləşir

24 Sentyabr, 16:30 Sosial mediada paylaşın:
Almaniyanın Hamburq şəhərində ATP seriyalı tennis turniri davam edir. Mükafat fondu 1 milyon 62 min avro olan yarışda ¼  final mərhələsinin iştirakçıları müəyyənləşir.  Turnirin reyrinq favoritləri Andrey Rublyov və Roberto Bautista Aqut növbəti növbəti qələbələrini qazanıblar.
Turnirin reyrinq favoritlərindən olan ispaniyalı Roberto Bautista Aqut almaniyalı Dominik Kepferlə qarşılaşıb. Görüş 3 set davam edir. Hər hissədə 6-3 hesablı nəticə qeydə alınıb. Əvvəlcə  ispaniyalı tennisçi,  daha sonra isə Dominik Kepfer fərqlənib. Həlledici setdə isə Roberto Bautista Aqut rəqibini məğlub edərək ¼ finala adlayıb.
Rusiyalı Andrey Rublyov da 8 ən güclü tennisçi sırasına çıxıb. O, ikinci mnərhələdə Amerika Birləşmiş Ştatları təmsilçisi Tommi Polu mübarizədən kənarlaşdırıb. İlk setdə 61 hesabı ilə üstün olan Rublyov növbəti hissədə uğurunun davamı gətirə bilməyib. Tommmi Pol 6-3 hesablı qələbə sayəsində bərabrliyi təmin edib. Lakin 3-cü setdə yenidən təşəbbüsə yiyələnən Andrey Rublyov 6-2 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.    
Qazaxıstanlı Aleksandr Bublik isə kanadalı Feliks Oje- Alyassimi məğlub edib. Asiyalı raketka ustası hər iki setdə qələbə qazanıb. 6-4  6-2. Turnirə sentyabrın 27-də yekun vurulacaq.

CANLI YAYIM