"Keşlə"nin keçmiş üzvü komandaya qayıda bilər

25 Sentyabr, 10:23 Sosial mediada paylaşın:
“Keşlə”nin keçmiş üzvü Sezar Meza Kolli yenidən karyerasını Azərbaycanda davam etdirmək istəyir.
Özü də onun məhz köhnə klubuna qayıtmaq variantı ortaya çıxıb. Bu yaxınlarda Rumıniyanın "Universitatya" klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edən futbolçu hazırda maliyyə məsələsi ilə bağlı paytaxt klubu ilə danışıqları davam etdirir. Əgər “Keşlə”nin təklif etdiyi maliyyə şərtləri ilə razılaşsa, təcrübəli oyunçu yaxın günlərdə Azərbaycana qayıdıb klubla rəsmi müqaviləyə imza atacaq.  
Qeyd edək ki, Sezar Meza Kolli "Keşlə"də 2013 - 2016 və 2018-ci ildə də çıxış edib. O, həmçinin 2016/2017 mövsümündə "Zirə"nin formasını geyinib.

CANLI YAYIM