"Sabah"da məşqçi dəyişikliyi

25 Sentyabr, 11:33 Sosial mediada paylaşın:
“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib.
 İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub. Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev isə bundan sonra "Sabah" Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək. Əvəzedici komandaya yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb.

CANLI YAYIM