"Tottenhem"lə "Milan" mərhələ adladı

25 Sentyabr, 12:45 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsi yekunlaşıb. Artıq pley-offun bütün iştirakçıları məlumdur. Növbəti qələbə ilə mərhələ adlayan “Tottenhem”lə “Milan” qrupun bir addımlığındadır.
UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Tottenhem” Şimali Makedoniya səfərinə yollanıb. “Şkendiya” ilə qarşılaşan İngiltərə təmsilçisi 5-ci dəqiqədə hesabı açıb. Erik Lamela fərqlənib. İkinci hissədə daha 3 qol vurulub. Meydan sahiblərindən Valmir Nafiu tarazlığı bərpa edib. 70-ci dəqiqədə Hun Min Son komandasını yenidən önə çıxarıb. Çox keçmədən fərq artıb. Harri Keyn mübarizəyə nöqtə qoyub. 3:1 hesabı ilə qalib gələn “Tottenhem” pley-offa yüksəlib.
“Milan” isə Norveçin “Budö-Qlimt” komandasını qəbul edib. İlk hissədə 3 qol vurulub. Hesabı qonaqlardan Kasper Cunker açıb. Ruhdan düşməyən meydan sahibləri fasiləyədək önə keçməyi bacarıblar. Hakan Çalhanoğlu ilə Lorentso Kolombo fərqlənib. İkinci yarıda Hakan Çalhanoğlu dubl edib. Norveçlilərdən isə Yens Peter Hauqe rəqib qapısına yol tapıb. 3-2 hesabı ilə qələbə qazanan “Milan” qrupmərhələsinin bir addımlığındadır.

CANLI YAYIM