"Liverpul" 1/8 finala darmadağınla yüksəlib

25 Sentyabr, 13:45 Sosial mediada paylaşın:
İngiltərə Liqa kuboku turnirində 1/16 final yekunlaşıb.
“Mançester Siti” “Bornmut”u qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunun ilk hissəsində iki qol vurulub. Mançester komandasından Liam Delapın qoluna qonaqlardan Sem Sörric bir dəqiq zərbə ilə cavab verib. 75-ci dəqiqədə fərqlənən Fil Foden mübarizəyə nöqtə qoyub. 2:1 hesabı ilə qələbə qazanan “Mançster Siti” mərhələ adlayıb.
Digər görüşdə isə “Liverpul” aşağı liqa təmsilçisi “Linkoln” komandası ilə qarşılaşıb.  9 qolun vurulduğu görüşdə mersisaydlılar qalib gəliblər.: 9-2.

CANLI YAYIM