"Əl-Nəsr" və "Əl-Sədd" pley-off-a yüksəlib

25 Sentyabr, 16:00 Sosial mediada paylaşın:
Asiya Çempionlar Liqasında D qrupunun oyunları yekunlaşıb.
Favoritlərin məğlubiyyəti xüsusi diqqət çəkib. Lider Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası autsayder Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əin” klubunu qəbul edib. Matçın taleyini 1 qol həll edib. Qonaqlardan Koco Labanın 1 dəqiq zərbəsi komandasına qələbə qazandırıb. Qrupun digər matçında İranın “Sepahan” komandası Qətərin “Əl-Sədd” klubu qəbul edib. Görüşdə 3 qol vurulub. Meydan sahiblərindən Reza Mirzəi hesabı açıb. İkinci hissədə fərq artıb. Səyyad Şahbazzadə hədəfdən yayınmayıb. Qonaqlardan isə Haşim Əli Əbdüllətifin qolu təsəllidən başqa bir işə yaramayıb. “Sepahan” – “Əl-Sədd”: 2:1. Beləliklə, məğlub olmalarına baxmayaraq “Əl-Nəsr”lə “Əl-Sədd” pley-offa yüksəlib. “Sepahan”la “Əl-Əin” isə mübarizəni dayandırıb.

CANLI YAYIM