Sitsipas mübarizəni davam etdirir

25 Sentyabr, 17:00 Sosial mediada paylaşın:
Almaniyanın Hamburq şəhərində tennisçilərin beynəlxalq turniri keçirilir. Kişilərin mübarizəsində 1/8 final yekunlaşıb. Mükafat fondu 1 milyon 62 min avro olan yarışda ¼ finalın bütün iştirakçıları məlumdur.
Diqqət çəkən görüşlərdən biri fransalı Uqo Umberlə çexiyalı İrji Veseli arasında olub. Fransalı raketka ustası ilk setdə 6:4 hesabı ilə qalib gəlib. Təşəbbüsü əldən verməyən idmançı növbəti hissədə də qalib gələrək ¼ finala adlayıb.
Daha bir görüşdə yunanıstanlı Stefanos Sitsipasla uruqvaylı Pablo Kuevas qarşılaşıb. Hər iki setdə rəqibindən üstün olan Tsitsipas növbəti mərhələyə yüksəlib.
 

CANLI YAYIM