CAS rusiyalı biatlonçularla bağlı qərarını verdi

25 Sentyabr, 17:30 Sosial mediada paylaşın:
Son illər dopinq qalmaqallarına görə rusiyalı idmançıların beynəlxalq turnirlərdə nəticələrinin ləğv olunması heç kimə sirr deyil. Məsələ ondadır ki, şimal qonşularımız hələ də bu problemdən yaxa qurtara bilmir. Üstəlik, onların apellyasiya şikayətləri də ləğv olunur.
Beynəlxalq Arbitraj Məhkəməsi biatlon üzrə ikiqat olimpiya çejmpionu Olqa Zaytsevanın diskvalifikasiyasını ləğv etməyib. 2014-cü ildə Soçidə keçirilən Olimpiadada nəticəsi ləğv olunduğuna görə apellyasiyaya müraciət edən rusiyalı biatlonçunun şikayəti məqbul sayılmayıb. Amma CAS Zaytsevə müəyyən qədər də güzəştə gedib. Belə ki, Beynəlxalq Olimpiya komitəsi rusiyalı biatlonçunu ömürlük diskvalifikasiya etmişdisə, Arbitraj Məhkəməsi bu qərarı ləğv edib. Yeri gəlmişkən, Zaytsevanın dopinq qəbul etməsinə görə, Rusiya millisinin estafet yarışlarında gümüş medalı da geri qaytarılmayıb. Ədaləti təmin edən qurum digər iki rusiyalı biatlonçunun şikayət ərizəsinə də baxıb. Nəticədə Olqa Viluxina və Yana Romanovanın nəticələri bərpa edilib. Qeyd edək ki, Soçi Olimpiadasında Viluxina sprint yarışında gümüş medal qazanmış, amma Beynəlxalq Olimpiya Komitəsi Olqanın dopinq qəbul etdiyini önə çəkərək onun nəticəsini ləğv etmişdi.Yeri gəlmişkən, Rusiya millisinin sabiq baş məşqçisi Volfqanq Pixler CAS-ı tənqid edib: “Çox axmaq qərardır. Romanova ilə Zaytseva mənim qrupumda məşq edib, birini təmizə çıxarırlar, digərinin cəzasını qüvvədə saxlayırlar. Mən hər ikisinin də günahsız olduğuna əminəm”.

CANLI YAYIM