Ekstrim, macəra, əyləncə, idman, yarış – hamısı “VeloEkstrim”də

25 Sentyabr, 17:32 Sosial mediada paylaşın:
Tezliklə İdmanTV-nin efirində yeni verilişin yayımlanmasına başlanılacaq.Aparıcısı və ideya müəllifi Ümid Süleymanov olan" Velo Ekstrim" verilişi tezliklə tamaşaçıların görüşünə gələcək. Verilişin əsas süjet xətti insanların velosipedə olan marağını artırmaq, sağlamlığı, ekologiyanı qorumaq və dağ turizmini inkişaf etdirməkdən ibarətdir.Tamaşaçılar verilişdə dağ velosipedləri ilə ekstrim şəraitinə uyğun ərazilərdə yarışların keçirilməsi macəra, əyləncə və idman ilə yaxından tanış ola biləcəklər.Azərbaycanda ilk olan bu verilişin çəkilişləri hər dəfə ölkəmizin müxtəlif bölgələrində baş tutacaq.Bizi izləyin!!! Verilişin çəkilişindən fotoları təqdim edirik.

CANLI YAYIM