Formula 1-də rəhbər dəyişikliyi baş verəcək

26 Sentyabr, 09:00 Sosial mediada paylaşın:
Uzun illər Formula 1-ə rəhbərlik edən Berni Ekklstounun gedişindən sonra bu postu tutanların sayı çox olacaq. Artıq yeni mövsümdən Formula 1-ə yeni sima rəhbərlik edəcək....
Formula 1-in mətbuat xidməti növbəti ildən quruma rəhbərlik edəcək yeni prezidentin adını açıqlayıb. Beləliklə də, 2021-ci ildən “Kral avtoyarışları”na “Ferrari”nin sabiq rəhbəri Stefano Domenikali başçılıq edəcək. O, Formula 1-in həm prezidenti, həm də icraçı direktoru funksiyasını daşıyacaq. Qurumun prezidenti Çeyz Keri isə qeyri rəsmi icraçı kimi işini davam etdirəcək.
Xatırladaq ki, “Liberty Media”ya rəhbərlik edən Çeyz Keri 2017-ci ildən Formula 1-də Berni Ekklstounu əvəzləmişdi. Domenikali isə 1991-ci ildən “Ferrari”də fəaliyyət göstərmiş və 20 ildən artıq müddətdə bu komandada çalışmışdı. O, 2014-cü ildə İtaliya komandasından ayrılmışdı.
Yeri gəlmişkən, “Ferrari” pilotu Sebastyan Fettel də bu təyinata münasibət bildirib: “Stefano Formula 1-in problemlərini yaxşı anlayır. Onun nəyi dəyişəcəyini mən deyə bilmərəm. O, özü həll yolunu tapa biləcək. Domenikali işinin öhdəsindən gələ biləcək adamdır. Hər şeyi vaxt göstərəcək”.

CANLI YAYIM