Ozobiç "Qarabağ"ı məğlubiyyətdən xilas edib

26 Sentyabr, 09:59 Sosial mediada paylaşın:
Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Turun ilk matçında "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub. İlk hissədə Ağdam təmsilçisi hesabı açmaq üçün yetərincə şans yaratsa da, bunlardan istifadə edə bilməyib. İkinci hissəyə sürətli başlayan meydan sahibləri arıdıcıl 2 qol vurub. Son çempion 59-cu dəqiqədə Ovusu Kvabena ilə hesab arasında fərqi minimuma endirib. Oyuna əlavə olunmuş 5-ci dəqiqədə isə Qurban Qurbanovun komandası hesabı bərabərləşdirib. Filip Ozobiç bərabərlik qolunun müəllifi olub.
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5 (2:2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
"Kapital Bank Arena”

CANLI YAYIM