“Mayami” klubu 6 ildən sonra finalda

28 Sentyabr, 12:40 Sosial mediada paylaşın:
“Mayami Hit” basketbolçuları “Boston Seltiks”lə cütün taleyini 6-cı görüşdə həll ediblər. Bem Adebayo və Cimmi Batlerin inamli oyunu Mayami klubuna qələbə qazandırıb 125:113. Bununla da seriyada 4-cü dəfə qalib gələn Mayami Hit finala vəsiqə qazanıb. Həlledici görüşdə komanda “Los Anceles Leykers”lə üz-üzə gələcək. Final seriyası sentyabrın 30-dan başlanacaq. 32 xalla şəxsi rekordunu yeniləyən Bem Adebayo görüşün qəhrəmanı olub. O, həm də 14 ribaundla da yadda qalıb. Cimmi Batler isə 22 xal və 8 məhsulda ötürmə ilə qələbədə mühüm rol oynayıb.
Əlavə edək ki, “Mayami” klubu sonuncu dəfə 2014-cü ildə finalda çıxış etmişdi. Həmin vaxt Lebron Ceymsin liderlik etdiyi “Maymi Hit” san “Antonio Spörs”ə uduzmuşdu. Indi isə komanda sabiq basketbolçusu Lebron ceymsin çıxış etdiyi “Los Anceles Leykers”lə mübarizə aparacaq.  

CANLI YAYIM