Almaniya çempionatı:2-ci tur

28 Sentyabr, 12:55 Sosial mediada paylaşın:
Almaniya çempuionatında 2-ci tur başa çatıb. “Hoffenhaym” doğma meydanda “Bavariya” ilə üz-üzə gəlib. Gözlənilənlərin əksinə olaraq matça “Hoffenhaym”futbolçuları yaxşı başlayıblar. 16-cı dəqiqədə Ermin Biçakçiç hesabı açıb. Az sonra meydan sahibləri 2-ci qolu vurublar.Bu dəfə Munas Dabbur fərqlənib. Fasiləyə kimi qonaqlar buraxılan toplardan birinin əvəzini çıxıblar. Coşua Kimmix qapını dəqiq nişan alıb. İlk hissə “Hoffenhaym”ın 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra meydan sahibləri daha 2 dəfə fərqləniblər. Hər iki halda Andrey Kramariç diqqət mərkəzinə düşüb. Xorvatiyalı futbolçu dubl etməklə yekun nəticəni müəyyənləşdirib. “Hoffenhaym” – “Bavariya”4:1 .

CANLI YAYIM